AZ

10 gündür itkin düşən Rusiya Qəhrəmanından hələ də xəbər yoxdur

Rusiya prezidenti Putin tərəfindən mükafatlandırılan Rusiya Qəhrəmanı 10 gündür ki, itkin düşüb.

Prezident Vladimir Putin tərəfindən şəxsən mükafatlandırılan Rusiya Qəhrəmanı Aleksey Asılxanov 2026-cı ilin aprel ayının əvvəlində Kemerovo vilayətinin Yurqa şəhərində itkin düşüb.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Rusiyanın Ukraynada apardığı müharibənin iştirakçısı olan Asilxanov "işə getmək üçün" geyinib, evindən minimal əşyalarla çıxıb, naməlum şəxsin maşınına minib və  o vaxtdan ondan bir məlumat toxdur. 

Hərbçinin axtarışı 10 gündən çoxdur davam edir, lakin Asılxanovdan heç bir iz tapılmayıb.

Aleksey Asılxanov aprelin 3-də evdən çıxdı. O, həyat yoldaşına işə getməli olduğunu deyib. 

Müharibə veteranı Yurqadakı kollecdə təhlükəsizlik və mühafizənin əsaslarını tədris edirdi.

QAZİLER.AZ

 

Seçilən
17
qaziler.az

1Mənbələr