İngiltərənin "Bornmut" klubu baş məşqçi Andoni İraola ilə yollarını ayıracaq.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə razılığa əsasən onun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti artırılmayacaq.
Qeyd edək ki, Andoni İraola 2023-cü ilin "Bornmut"un baş məşqçisi vəzifəsinə təyin olunub. 43 yaşlı çalışdırıcının komandası Premyer Liqada 32 turdan sonra 45 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi