AZ

Qaban ovlayan robot internet ulduzuna çevrildi

"Edvard Varçotski" adlı humanoid robot Polşada internet ulduzuna çevrilib.

Publika.az Polşanın "TVP World" telekanalına istinadla xəbər verir ki, son videolardan birində o, Varşavada bir qrup vəhşi qabanı küçədən qovub.

Digər videolarda isə o, izdihamlı küçələrdə gəzişir, yoldan keçənlərlə söhbət edir və gündəlik qarşılaşmaları maraqlı bir tamaşaya çevirir. 45 gün ərzində onun iştirakı ilə təxminən 150 videoçarx dərc olunub və bu videolar 500 milyondan çox baxış toplayıb.

Seçilən
30
publika.az

1Mənbələr