Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazovla Misir Ərəb Respublikasınınölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redaarasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında dövlətbaşçılarının qarşılıqlı səfərlərinin və əldə olunmuş razılaşmalarınəhəmiyyəti vurğulanıb. Misirin Azərbaycanla genişmiqyaslı enerjiəməkdaşlığında maraqlı olduğu ifadə edilib. Bu kontekstdə SOCAR vəEGPC arasında geniş əməkdaşlığı əhatə edən Çərçivə Sazişininimzalanması yüksək qiymətləndirilib.
Görüş zamanı “Elsewedy Electric S.A.E.” şirkəti ilə bərpa olunanenerji sahəsində əməkdaşlıq imkanlarına da toxunulub. Birgəlayihələrin həyata keçirilməsi perspektivi Azərbaycanda gələcəkdəməlumat mərkəzlərinin artması ilə elektrik enerjisinə tələbatın vəixrac imkanlarının yüksəlməsi müstəvisində nəzərdən keçirilib.
Bundan əlavə, Misir tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsindəkeçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.