AZ

Toydan çıxıb iş yoldaşını bıçaqladı Belə olsun istəməmişdim

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Samux rayonunda həmkəndlilər arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1996-cı il təvəllüdlü Əfqan dövlət qurumlarından birinin təsərrüfat balansında olan və istifadəsi dayandırılmış fermada özünə məxsus xırda buynuzlu heyvanları saxladığına görə zərərçəkmiş Əli (adlar şərtidir – red.) tərəfindən hər dəfə ondan heyvanları oradan çıxarmasını tələb etməsi ilə bağlı aralarında mübahisələr yaranıb.Aralarında sözlü mübahisə yaratmasından hiddətlənən Əfqan 2025-ci ilin avqustun 29-da, saat 21:30-da Əli ilə yenidən mübahisə edib. Sözlü mübahisə zamanı üzərində olan bıçaqla ona xəsarət yetirib. Əfqanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü toy mərasimində olub: “Saat 11 radələrində mənə zəng edərək sahədən qoyunları çıxartmaq lazım olduğunu bildirdilər. Dərhal qardaşım ilə birlikdə oraya getdim. Avtomobildən düşəndə ayaq altında olan qoyun kəsmək üçün istifadə etdiyi bıçağı da özüm ilə götürdüm. Avtomobildən düşən kimi bıçağı sağa-sola fırlatmaqla nümayiş etdirdim və bunun nəticəsi olaraq bıçaq Əliyə dəydi. Mənim Əlini vurmaq fikrim olmayıb. Sadəcə qorxutmaq istəmişəm. Sözü gedən qoyunlar mənə məxsus olub. Dövlət tərəfindən verilmiş pay torpaq sahələrinə salmışam. Bizim yanımızda da dövlətə məxsus olan ferma olub. Həmin sahələr dövlət qurumunun balansında olub”.Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra sahələrin sərhədləri yenidən təyin olunub və onlara heyvanları oraya salmamları ilə bağlı xəbərdarlıq edilib:“Xəbərdarlıqdan sonra heyvanları dağa aparmışam. Bizə qayıdanda tədbir olacağını, tədbirdən sonra heyvanları həmin sahəyə sala biləcəyimizi bildirildi. Törətdiyim əməldən peşman olmuşam. Zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş zərəri ödəmişəm”.Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il 6 ay sınaq olmaqla 3 il şərti cəza verilib. 

Sınaq müddəti ərzində təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınaraq, bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulub. Təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Samux rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
demokrat.az

1Mənbələr