Bakı. Trend:
2025-ci ildə Naxçıvanda sosial ödənişlər üzrə dövlət dəstəyiəhəmiyyətli dərəcədə genişlənib və ümumi rəqəmlər artım trendiniaçıq şəkildə göstərir.
Trend-in əldəetdiyi məlumata görə, il ərzində sosial müavinətlər və təqaüdlərüzrə ümumilikdə 79,4 milyon manat vəsait ödənilibvə bu göstərici əvvəlki illə müqayisədə 12% artımdeməkdir.
Vəsait bölgüsünə baxdıqda, aylıq sosial müavinətlər üçün45,9 milyon manat, birdəfəlik müavinətlər üçün isə1,1 milyon manat ayrılıb. Məcburi dövlət sosialsığorta hesabına ödənilən müavinətlərin həcmi 4,9 milyonmanat, Prezident təqaüdləri üzrə ödənişlər isə31,8 milyon manat təşkil edib.
Sosial təminatda diqqətçəkən məqam isə avtomatlaşdırılmıştəyinat sistemidir. İl ərzində 7 158 nəfərə sosialmüavinət və təqaüd proaktiv qaydada təyin edilib ki, bu da ümumitəyinatların 79%-ni təşkil edir. Məcburi dövlətsosial sığorta hesabına müavinətlər üzrə isə əlavə olaraq 1882 nəfərə proaktiv təyinat aparılıb.