AZ

Qazaxıstanlı bloqerlər büdcəyə daha yüz milyonlarla vəsait ödəməlidir

Qazaxıstanda hazırda yeddi tanınmış bloqerə qarşı genişmiqyaslı vergi yoxlamaları aparılır.

Ölkə.Az-ın Qazaxıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə maliyyə vitse-naziri Yerjan Birjanov hökumətdə keçirilən brifinq zamanı bəyanat verib.

Nazir müavini xatırladıb ki, il ərzində 854 bloqerə gəlirlərin azaldılması ilə bağlı ümumilikdə 1 586 bildiriş göndərilib. Aşkar olunan ümumi gəlir kəsirinin məbləği təxminən 72 milyard tengə (təxminən 160 milyon dollar) təşkil edir.

"Onlardan 622 bloqer artıq əlavə vergi bəyannamələrini təqdim edib. Onlar rəsmi gəlirlərini 18,3 milyard tengə artırıblar. Nəticədə büdcəyə əlavə olaraq təxminən 1 milyard tengə vergi ödənilib. Daha 600 milyon tengənin ödənilməsi barədə isə xüsusi sərəncam verilib", — deyə Birjanov qeyd edib.

Hazırda yoxlaması davam edən yeddi iri bloqerin dövlət büdcəsinə daha yüz milyonlarla tengə vəsait ödəyəcəyi gözlənilir.

Seçilən
13
2
olke.az

3Mənbələr