AZ

Sığorta məbləğləri əmlakın bazar dəyəri və sahəsinə uyğun olaraq hesablanacaq

Azərbaycanda daşınmaz əmlakın icbari sığortasının təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi gözlənilir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov məlumat verib. Onun sözlərinə görə, dəyişiklik layihələri təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Yeni sığorta konsepsiyasına əsasən, daşınmaz əmlak sığortası məbləğlərində ciddi artımların olacağı gözlənilir. Bu barədə məlumat verən AMB-nin baş direktoru Vüsal Qurbanov bildirib ki, sığorta məbləğləri əmlakın bazar dəyəri və sahəsinə uyğun olaraq hesablanacaq: "Əmlak hansı regionda yerləşirsə, orada onun satış dəyərinə əsaslanacaq. Əmlakın hər kvadratmetrinə düşən dəyəri nəzərə alınaraq, hər əmlaka görə fərqli məbləğlər hesablanacaq".

V.Qurbanov vurğulayıb ki, yeni konsepsiyada əsas məqsəd katastrofik risklərin qarşılanması və büdcə xərclərinin azaldılmasıdır.

Seçilən
13
vergiler.az

1Mənbələr