"Nyukaasl"ın futbolçusu Entoni Qordon karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Bundesliqa nəhəngi artıq 26 yaşlı ön xətt oyunçusunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb. Hələlik klublar arasında rəsmi əlaqələr olmasa da, potensial transfer haqqı təxminən 60 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək "Nyukasl" Entoni Qordonu 2023-cü ilin yayında "Everton"dan 45 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi