AZ

Tramp Melonini hədəfə alıb, İtaliyanın mövqeyini sərt tənqid edib

ABŞ prezidenti İtaliyanın baş naziri Corca Melonini Papa XIV Lev barədə açıqlamalarına görə hədəf seçib, Romanın həm İran, həm də NATO məsələsində tutduğu mövqeni kəskin şəkildə tənqid edib...

Poliqon xəbər verir ki, Corriere nəşrinin yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Corca Melonini Papa XIV Lev barədə söylədiyi fikirlərə görə sərt şəkildə tənqid edib.

Tramp Meloni barədə danışarkən onun mövqeyini qəbuledilməz adlandırıb və baş nazirin İranın nüvə silahına sahib olub-olmaması məsələsinə yetərincə ciddi yanaşmadığını iddia edib. ABŞ prezidenti bildirib ki, Meloninin cəsarətli siyasətçi olduğunu düşündüyünü, lakin bu məsələdə yanıldığını hesab edir.

O, həmçinin İranın imkan əldə edəcəyi təqdirdə İtaliya üçün ciddi təhlükə yarada biləcəyini vurğulayıb. Tramp bu kontekstdə İtaliya ictimaiyyətinin baş nazirin ABŞ-yə neft əldə olunması məsələsində kömək göstərməməsindən razı qalıb-qalmadığı ilə bağlı da ritorik suallar səsləndirib.

ABŞ prezidenti əlavə edib ki, İtaliya tərəfinə istədikləri hər şeyi göndərməyi təklif etdiyini, lakin Romanın buna razılıq vermədiyini bildirib. O, bu mövqeni NATO-nun zəifliyi ilə əlaqələndirib və alyansı “kağız pələng” adlandırıb.

Trampın bu açıqlamaları Vaşinqton ilə Roma arasında ritorikanın sərtləşdiyini, həmçinin İran, enerji təhlükəsizliyi və transatlantik münasibətlər ətrafında fikir ayrılıqlarının daha açıq şəkildə üzə çıxdığını göstərir.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr