AZ

Almaniya və Ukrayna hərbi əməkdaşlığı genişləndirir

Almaniya və Ukrayna hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəlib.

"Unikal" xəbər verir ki, iyirmiillik fasilədən sonra Berlində keçirilən ilk Almaniya-Ukrayna hökumətlərarası məsləhətləşmələri çərçivəsində müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Kansler Fridrix Merts Almaniya ilə Ukrayna arasında ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığını qeyd edib. O, imzalanan sənədin iki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoyduğunu və gələcək birgə layihələrin genişləndirilməsinə xidmət edəcəyini bildirib. Razılaşmaya əsasən, Ukraynaya göstərilən dəstək çərçivəsində hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli silahlar, pilotsuz uçuş aparatları və artilleriya sursatı sahələrində əməkdaşlıq gücləndiriləcək.

Ukrayna Prezidenti Volodimir Zelenski isə xüsusilə pilotsuz uçuş aparatlarının birgə istehsalını nəzərdə tutan təşəbbüsün əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə əməkdaşlığın gələcəkdə Avropada bu sahədə ən iri layihələrdən birinə çevrilə biləcəyini qeyd edib.

Tərəflər əməkdaşlığın konkret mexanizmləri, həcmi və icra müddəti ilə bağlı təfərrüatları yaxın dövrdə dəqiqləşdirməyi planlaşdırırlar.

Seçilən
14
2
unikal.az

3Mənbələr