Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı yeni qərar qəbul edib. Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənədə əsasən, interçeync haqları üçün yuxarı hədd təsdiqlənib. Cari ilin iyun ayının 1-dən qüvvəyə minəcək qərarın yaxın üç gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.Tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, burada əsas məsələ ödəniş sistemi iştirakçıları arasında xidmət haqqı tariflərinin tənzimlənməsidir:“Yəni maksimal həddinin, yuxarı həddinin müəyyən edilərək təsdiqlənməsi üçündür. Müxtəlif əməliyyatlar üzrə, məsələn, yanacaqdoldurma, ümumi alış-veriş, taksit ödənişləri və s. bu xidmətləri göstərən kart istifadəçiləri və xidməti göstərən tərəflər arasında komissiyalar olur. Bu komissiyaların tənzimlənməsi kartlardan istifadəni, yəni həmin xidmətlərdən istifadəni motivasiya etmiş olur. Təbii ki, əgər şəxs kartdan istifadə etməyib nağd şəkildə ödəniş edirsə, komissiya həcminin tənzimlənməsi, yəni hamı üçün stabil qaydada olması kartlardan istifadəni motivasiya edə bilər ki, şəxslər həmin kartlarla əməliyyatlarda daha çox istifadə etsinlər. Banklarda bu tənzimlənmə aparıldığına görə, komissiyalar stabilləşdiyi üçün əməliyyat sayının artması nəticəsində banklar daha çox gəlir əldə edə bilərlər. Qərar iyun ayının 1-dən qüvvəyə minəcək. İnterçeync nağdsız ödənişlər zamanı kartı buraxan bankla ödənişi qəbul edən "acquirer" arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır”. O qeyd edib ki, bu, xidməti kartı emissiya edən bank və xidməti qəbul edən tərəf arasında hesablaşmaları motivasiya etmək və bir növ pərakəndəliyin qarşısının alınmasına yönəlik tənzimləyici bir addımdır:“Sadə bir misal çəkək. Məsələn, biz A bankının müştərisiyik və B bankının xidmət göstərdiyi yanacaqdoldurma məntəqəsindən yanacaq alırıq. Bu zaman biz kartla ödəniş etdikdə bizdən birbaşa komissiya tutulmasa da, əməliyyata görə emitent və acquirer banklar arasında hesablaşmalar aparılır və orada müəyyən komissiyalar tətbiq olunur. Hazırkı qərar həmin komissiyaların maksimal həddini, yəni limitini müəyyən edir. Burada hər xidmət növü üzrə cədvələ uyğun olaraq komissiya hədləri müəyyən olunub. Bu komissiyalar belədir. Məsələn, yanacaqdoldurma kateqoriyası üzrə 0,75%, yəni ödəniş məbləğinin 0,75 faizi. Ümumi kateqoriya üzrə 1,5%, farmasevtika və supermarket kimi əməliyyatlar üzrə isə 1,25% müəyyən olunub””Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.