AZ

Almaniya klubu türkiyəli futbolçu ilə yeni müqavilə imzaladı

style='margin-bottom:10px;'>

Bundesliqa təmsilçisi "Hoffenhaym"da çıxış edən Türkiyə millisinin üzvü Ozan Kabakın gələcək taleyinə aydınlıq gəlib. 

QOL.az xəbər verir ki, Almaniya klubu təcrübəli futbolçunun müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ildən Almaniya klubunun formasını geyinən futbolçunun adı son vaxtlar sabiq klubu "Qalatasaray"la da hallanırdı. Uzun sürən zədədən sonra bu mövsüm yaşıl meydanlara qayıdan müdafiəçi çıxdığı 21 matçda 4 qol vurmağı bacarıb.

Seçilən
29
teleqraf.com

1Mənbələr