AZ

Tolik Vado Korovindən yazdı: “ Bəzi insanlar vəzifədə olanda yalançı sevgi göstərir, amma...”

Tanınmış aparıcı, prodüser Tarix Əliyev(Tolik) “Space” Televiziyasının baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, paylaşımında bu sözləri qeyd edib:

“Bəzi insanlar var ki, rəhbərləri vəzifədə olanda onlara yalançı sevgi göstərir, zahirdə sadiq görünür, amma daxilən rəqabət və nifrət bəsləyir. Şəxsən mənim televiziyada üç rəhbərim olub — Şamxal Həsənli, Ədalət Əliyev və Vado Korovin. Hər üçünə qarşı böyük hörmətim və səmimi sevgim olub. Onlar hər zaman mənə dəstək olublar, mən də daim onların yaxşılığını arzulamışam. Heç vaxt onların vəzifədə olub-olmamasına görə münasibətim dəyişməyib. Çünki onların idarəçiliyi altında özümü yaxşı işçi kimi göstərməyə çalışmışam və bu etimadı da qazanmışam”.

T.Əliyev bildirib ki, V.Korovin çox istedadlı insandır:

“Şən Hazırlar Cavablar” klubunun ən öncül simalarından, həm aktyor, həm də yaradıcı şəxslərindən biridir. İnanıram ki, bu mərhələ onun üçün bir tramplindir. İnşallah, daha böyük uğurlara imza atar və biz də onu daha yüksək yerlərdə görüb təbrik edərik”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
39
46
yenisabah.az

10Mənbələr