Bakı. Trend:
Serbiya müdafiə qabiliyyətini gücləndirmək və silah-sursatlahərbi texnika ixracını artırmaq məqsədilə İsraillə birlikdə hərbidronların istehsalını planlaşdırır.
Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə Serbiyanın PrezidentiAleksandar Vuçiç bildirib.
Qeyd edək ki, Serbiyanın SDPR silah istehsalçısı İsrailin “ElbitSystems” şirkəti ilə birgə dron istehsalı zavodu açmağıplanlaşdırır. Məlumata görə, “Elbit” layihədə 51 faiz paya sahibolacaq, qalan hissə isə Serbiyaya məxsus olacaq.
Vuçiç bildirib ki, dron istehsalını genişləndirməyə çalışanSerbiya İsrail kimi dronlar istehsal edə bilmir.
“Biz bunu birlikdə edəcəyik, yarı-yarıya, əllinin əlliyə -dünyanın bu hissəsində ən yaxşı dronlara sahib olacağıq”, — deyə o,Belqradda hərbi hissəyə səfəri zamanı jurnalistlərə bildirib.