Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 14 aprel, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 14-də Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Görüşdə Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Füzuli sakinləri “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində ibadətgahın kitabxana ilə təmin olunması, dini icmanın fəaliyyətinin tənzimlənməsi, dini maarifləndirmə işinin genişləndirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.