AZ

Millimizə bu dəfə Çexiya 9 (!) top vurdu!

19 yaşınadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Msport.az xəbər verir ki, komandamız Çexiyaya 0:9 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-19 ilk görüşdə Xorvatiyaya 0:6 hesabı ilə uduzmuşdu. Millimiz növbəti oyununu aprelin 17-də Gürcüstana qarşı keçirəcək.

Qrup mərhələsinin oyunları Xorvatiyada keçirilir.

 

Seçilən
19
msport.az

1Mənbələr