AZ

Azərbaycan AİB ilə birgə layihələr və yeni təşəbbüsləri müzakirə edib

Bakı. Trend:

Aprelin 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB)Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankınMərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru xanım LeahGutierrezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, bubarədə Maliyyə Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığıngenişləndirilməsi perspektivləri, xüsusilə bankın maliyyə vətexniki dəstəyi çərçivəsində icra olunan və gələcəkdə həyatakeçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycan AİB ilə tərəfdaşlığaböyük önəm verir və bu əməkdaşlıq çərçivəsində bank tərəfindənmaliyyələşdirilən layihələr və göstərilən maliyyə-texniki dəstəkölkənin dayanıqlı sosial-iqtisadi inkişafında mühüm rol oynayır.Qeyd edilib ki, AİB ilə əməkdaşlıq çərçivəsində indiyədək145 layihə üzrə təxminən 5.5 milyard ABŞ dollarıhəcmində maliyyələşmə həyata keçirilib və bu tərəfdaşlığın davamıolaraq 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyasımilli inkişaf prioritetlərinə uyğun şəkildə formalaşdırılıb.

Azərbaycanın AİB ilə əməkdaşlıqda iqtisadi diversifikasiya,yaşıl və davamlı inkişaf, eləcə də inklüziv artım kimiprioritetləri ön plana çəkdiyini vurğulayan nazir ölkəmizin Asiyaİnkişaf Fonduna 2021–2027-ci illər üzrə töhfələr verən fəaltərəfdaş kimi çıxış etdiyini bildirib. Eyni zamanda, makroiqtisadisabitliyin gücləndirilməsi, fiskal intizamın artırılması, dövlətmaliyyə idarəetməsinin təkmilləşdirilməsi, orta müddətli xərclərçərçivəsinin tətbiqi, şəffaflıq və idarəetmənin yaxşılaşdırılması,eləcə də dövlət müəssisələrinin səmərəliliyinin artırılması və özəlsektorun iqtisadiyyatda iştirakının genişləndirilməsi istiqamətindəaparılan ardıcıl islahatlar diqqətə çatdırılıb.

Öz növbəsində, xanım L.Gutierrez Azərbaycanla əməkdaşlığıninkişafından məmnunluğunu ifadə edərək, ölkəmizin xüsusilə MərkəziAsiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsindəfəal iştirakını yüksək qiymətləndirib. O, ticarət, nəqliyyat vəlogistika əlaqələrinin gücləndirilməsinin regionda iqtisadiinteqrasiyanın dərinləşməsi və dayanıqlı inkişafın təmin olunmasıbaxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüş zamanı, həmçinin nəqliyyat bağlantıları, su təchizatı vəkommunal infrastrukturun modernləşdirilməsi, yaşıl enerji sahəsindəəməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikirmübadiləsi aparılıb.

Tərəflər özəl sektorun inkişafı, xüsusilə kiçik və ortasahibkarlığın maliyyəyə çıxış imkanlarının genişləndirilməsi,kapital bazarlarının inkişafı və dövlət-özəl tərəfdaşlıqmexanizmləri (PPP) vasitəsilə investisiyaların cəlb edilməsisahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsininvacibliyini qeyd ediblər.

Məqalədə:
Seçilən
19
7
az.trend.az

8Mənbələr