Aktual.az Elchi.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin saytında məlumat verilib.
Sənədə əsasən, qanun layihəsi Zelenskinin imzası ilə geri qaytarılıb.
2014-cü ildən bəri Ukraynada bütün fiziki şəxslər hesablanmış əmək haqqının 1,5%-i həcmində hərbi vergi ödəyiblər. 30 noyabr 2024-cü ildə hərbçilər istisna olmaqla, bütün vətəndaşlar üçün verginin 5%-ə qədər artırılması ilə bağlı qanun qüvvəyə minib.
Yanvarın 26-da Zelenski ölkədə hərbi vəziyyətin və səfərbərliyin 2026-cı il mayın 4-dək uzadılması haqqında qanunu imzalayıb.