AZ

Gəncədə uşaq attraksionları baxımsız vəziyyətə düşüb

Gəncədə

Gəncə şəhərinin Bayraq meydanında yerləşən istirahət guşəsində uşaqlar üçün quraşdırılmış bir sıra attraksionlar istifadə üçün yararlı deyil. Gencexeber.az-a istinadla ulusum.az xəəbər verir ki, sakinlər tərəfindən verilən məlumata görə, sürüşkənlərin pilləkənləri, yelləncəklərin oturacaqları və digər oyun qurğularının bəzi hissələri qırılıb. Bu isə həm uşaqların asudə vaxtının səmərəli təşkili, həm də onların təhlükəsizliyi baxımından narahatlıq yaradır.Bundan başqa, istirahət guşəsinin ətrafındakı yaşıllıq zolaqlarını kol-kos basıb. Ərazinin ümumi görünüşünün baxımsız olması sakinlərin narazılığına səbəb olub.Vətəndaşlar aidiyyəti qurumların sözügedən əraziyə nəzarəti artıracağına, attraksionları təmir etdirməsinə və yaşıllıq sahələrində təmizlik-bərpa işləri aparmasına ümid edirlər. Ulusum.az

Diqqət Çəkənlər

Təxirə salınmış həyat sindromu -TƏLƏ

İlham Əliyev yeni təyin olunmuş səfiri qəbul edib

Sabaha olan hava proqnozu

Seçilən
3
ulusum.az

1Mənbələr