ain.az, Sherg.az saytına istinadən bildirir.
Səməd Vurğun yaşadığı epoxanın poetik tərcümeyi-halıydı. Azərbaycan poeziyasının şah qoluydu. Bizim günlərin böyük şairi olaraq da qalır.
Nəriman Həsənzadə,
Azərbaycanın xalq şairi
Bu il poeziyasevərlər üçün “Səməd Vurğun ili”ninolması hər kəsdə yüksək ovqat yaratmış vəböyük şairin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamından sonra poeziyamız və mədəniyyətimiz üçün əlamətdar olan bu tarixin,artıq mart ayının ilk günlərindən xalqımız tərəfindən böyük coşqu ilə qeyd ediməsinə başlanmışdır. Görkəmli söz ustasının ölümündən 70 il keçməsinə baxmayaraq bu böyük şairə və böyük insana ümumxalq məhəbbəti azalmır, əksinə daha da artır, yeni-yeni məna və çalarlarla özünü biruzə verir.
Şairin müasirlərinin, onunla yoldaşlıq, ovçuluq etmiş, səfərlərdə olmuş, görüşlərində iştirak etmiş, himayəsi ilə ədəbiyyata gələrək məşhurlaşmış insanların əksəriyyətinin artıq həyatdanköçməsinə baxmayaraq, şair haqqında yeni-yenimaraqlı faktlar üzə çıxır, xatirələri söylənir və görünür onunhəyat və fəaliyyəti zaman-zaman - yüzilliklər boyu xalqımızın diqqət mərkəzində olacaqdır.
Bu günlər Qazağın( indi Ağstafanın) Həsənsu kəndindən olan,uzun illər ölkəmizin neft sənayesində işləmiş, ədəbiyyata, poeziyaya, Azərbaycanımızın görkəmli şair və yazıçılarına böyük məhəbbəti olan, yaşı 80-ni keçmiş, sinəsi söz və poeziya ilə, həm də xatirələrlə dolu olan Elman Yolçuyev bir xatirə danışdı. Elman müəllimin danışdığı xatirə diqqətimi cəlb etdiyi və maraqlı olduğu üçün həmin xatirəni yazının yaddşına köçürərək paylaşmaq qərarına gəldim.
Bu xatirəni Elman müəllimə onun əmisi(atasının əmisi oğlu) Həmid müəllim danışıb. Həmid müəllim 1945-50-ci illərdə, indi Yevlax rayonunun inzibati ərazisində qəsəbə olan,1943-1956-cı illərdə ayrıca inzibati rayon kimi fəaliyyət göstərmiş Xaldan rayonunda raykom katibi işləyirmiş. O vaxtlar yenicə tikintisinə başlanmış Mingəçevir Su Elektrik Stansiyasında çalışan işçilər üçün salınmış Mingəçevir qəsəbəsi Xaldan rayonuna tabe imiş. Hər kəsə məlumdur ki, xalq şairi Səməd Vurğun Mingəçevir SES-in tikintisinə çalışan əməkçilərin şərəfinə məşhur ”Muğan “ poemasın üzərində işləyir və bununla əlaqədar tez-tez Mingəçevirə gedirmiş. Elə Həmid Yolçuyevlə də”GESSTROY”-da tanış olubmuş. Elə ilk görüşdən də onlar arasında mehriban ünsiyyət yaranır. Həmid Yolçuyev Tikinti İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri təyin olunduqdan və Bakıya gəldikdən sonra, Səməd Vurğunla münasibətləri daha da yaxınlaşır və dostluğa çevrilir.
Səməd Vurğun yaradıcılığından azacıq məlumatı olan hər kəsə məlumdur ki,şairin məşhur “Şair nə tez qocaldın sən” şeiri dərc olunduqdan sonra, həmin şeir çox məşhurlaşmışdı və bir çox şairlər, o cümlədən xalq şairləri Hüsyn Arif, Məmməd Araz və digərlərinəzirəyazmışdılar. O vaxtlar 23-24 yaşlarında olan, özünü Səməd Vurğun məktəbinin nümayəndələrindən biri hesab edən Nəriman Həsənzadə də bu şeirə biganə qalmayıb və “Dağ başında qar görünər” adlı birşeiryazıb. Nəriman Həsənzadə həm də bu xatirəni danışan Elman müəllimin atası –“Qoca Coşqun” təxəllüsü ilə şeirlər yazan Məhəmmədəli Yolçuyevlə - yaxn qohum idilər. Belə ki, Məhəmmədəli kişi ilə Nəriman müəllimin atası Alməmməd kişi dayıoğlu-bibioğlu (mamaoğlu) idilər. Yeri gəlmişkən deyim ki, bu qohumluq hazırda onların oğlanları- Nəriman müəllimlə Elman müəllim arasında çox mehriban və səmimi formada bu gün də davam edir. Həmid müəllimin də bu qohumluqdan məlumatı var idi və həm də bu səbəbdən o, istedadlı gənc şairə - Nərimana doğma münasibət bəsləyəirdi.Şeiri yazdıqdan sonra Nəriman müəllim Həmid müəllimin yanına gələrək şeiri ona oxuyub. Şeir Həmid müəllim çox bəyənir və bu barədə Səməd Vurğuna bildirərək Nəriman Həsənzadəni də götürüb, birlikdə Səməd Vurğunun yanına gedirlər. O zaman Səməd Vurğun Akadamiyanın binasında (indiki istiqlaliyyət küçəsindəki AMEA-nın Rəyasət Heyəti yerləşən binada) otururmuş. Səməd Vurğun onları çox səmimiyyət və mehribanlıqla qəbul edir və gənc Nərimandan şeiri oxumasını xahiş edir. Nəriman Həsənzadə özünəməxsus utancaqlıqla şeir oxuyur. ŞeirSəməd Vurğunun çox xoşuna gəlir və ondan şeirin əlyazmasını alaraq yazı masasının üzərindəki şüşənin altına qoyur, üzünü Həmid Yolçuyevə tutaraq deyir:- “Görürsən, gələcəyin nə gözəl Səməd Vurğunları yetişir və mən əminəm ki, Nəriman gələcəyin Səməd Vurğunu olacaqdır”.
Elman müəllimin bildirdiyinə görə bu şeir indiyədək heç bir yerdə dərc olunmayıb. O, bu şeiri atası–Məhəmməd Yolçuyev və qardaşı Saleh müəllim əzbərdən söyləyərkən kağıza köçürüb. Yuxarıda qeyd etdiyim kimi. Elman müəllimin də Nəriman müəllimlə yaxın qohumluğu və çox yaxşı da münasibətləri var. Lakin Nəriman müəllim şeirin yazılma tarixini və Səməd Vurğunla görüşünü, ona şeir oxumasını xatırlasa da, əlyazması özündə qalmadığı üçün unudub. Şeir ilk dəfədir ki, dərc olunur.
Dağ başında qar görünər
“Şair nə tez qocaldın sən”?
Bu sözləri eşidərkən,
Sual verdim yerə göyə,
Ömür nə tez keçdi?- deyə
Bir səs gəldi qulağıma,
Qoy sıxmasın səni kədər,
Dağ başında qar görünər.
Çox dolandım gen düzləri,
Qız yanaqlı gündüzləri.
Hər bir yerə ayaq basdım,
Hey eşitdim bu sözləri,
Hər fəsildə axşam səhər,
Dağ başında qar görünər.
Tanış qızla görüşərkən,
Bu şeirdən söz saldım mən.
Oxuduqca bu xoş sözü,
Gördüm doldu qara gözü,
Kövrələrək dedi birdən,
Alışmayaq gəl bu qədər,
Dağ başında qar görünər .
Hara getdim birər- birər,
O şeiri istədilər.
Canım şair, gözüm şair,
Ona cavab yaz dedilər.
Qocalarmı böyük hünər,
Dağ başında qar görünər .
Anam dedi oğul şeir,
Oxu görüm nədən deyir.
Şair nə tez qocaldın sən?
Bu sözləri deyərkən mən,
Anam dedi xeyir – xeyir,
Qocalmaz o nər oğlu, nər
Dağ başında da qar görünər.
Və xalq şairi Hüseyn Arifin “Yolda” poemasından bir bənd yada düşür: “Xalq şair ömrünü hey anacaqdır”...
Ramiz Göyüş,
Yazıçı-publisist
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.