Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti - FTX aprelin 14-də Moskvada “hüquq-mühafizə sisteminin yüksək vəzifəli rəhbərlərindən birinə” qarşı hazırlanan terror aktının qarşısının alındığını bəyan edib.
Xidmətin məlumatına görə, biznes mərkəzinin yaxınlığında park edilmiş elektrik skuterinin baqaj hissəsinə gizlədilmiş kustar üsulla hazırlanmış partlayıcı qurğu yerləşdirilib. Partlayışın həmin şəxs biznes mərkəzini ziyarət etdiyi vaxt uzaqdan idarə olunmaqla həyata keçirilməsi planlaşdırılıb.
FTX aprelin 3-də də Moskvada skuterlə bağlı partlayışın qarşısının alındığını açıqlamışdı, lakin həmin vaxt hücumun kimə qarşı planlaşdırıldığı bildirilməmişdi. Bu dəfə də hədəfin adı açıqlanmayıb. Xüsusi xidmət orqanı əlavə edib ki, planlaşdırılan hücum 2024-cü ilin dekabrında general İqor Kirillovun qətli ilə eyni ssenari üzrə hazırlanıb.
Məlumata görə, Ukrayna vətəndaşı saxlanılıb və FTX onu Ukrayna Silahlı Qüvvələrinin hərbçisi kimi təqdim edib. RIA Novosti həmin şəxsin “etiraf ifadəsi” verdiyini əks etdirən video yayıb, lakin bu görüntülərin hansı şəraitdə çəkildiyi açıqlanmayıb.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.