“Roma” “Aston Villa”dan icarə əsasında heyətinə qatdığı Donyell Malen ilə bağlı yekun qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya təmsilçisi 27 yaşlı hücumçunun transfer hüquqlarını almaq üçün müqavilədə nəzərdə tutulan 25 milyon avroluq satınalma bəndini aktivləşdirəcək.
Malen cari mövsüm komandada keçirdiyi 14 oyunda 11 qol və 1 assistlə diqqət çəkib.