AZ

UEFA "Barselona"nın bu şikayətini rədd etdi

UEFA “Barselona”nın hakimliklə bağlı şikayətini əsassız hesab edib.

Publika.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.

Bildirilir ki, İspaniya klubu aprelin 8-də "Atletiko" ilə keçirilən UEFA Çempionlar Liqası 1/4 finalın ilk oyunu (0:2) ilə bağlı rəsmi etiraz təqdim edib. Lakin UEFA-nın Nəzarət, Etika və İntizam orqanı bu şikayəti qəbul edilməz sayıb.

Xatırladaq ki, həmin oyunda “Barselona” ikinci hissənin böyük hissəsini azlıqda keçirib. Pau Kubarsi qırmızı vərəqə alaraq meydandan qovulub.

Seçilən
7
publika.az

1Mənbələr