AZ

Burak Yılmaz istefa verdi

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Qaziantep" Burak Yılmazla yollarını ayırıb. Bu barədə  klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli mütəxəssis Super Liqanın ötən gün "Rizespor"la keçirilən matçından (1:2) sonra istefa verib. Klub rəhbərliyi 40 yaşlı çalışdırıcının istefasını qəbul edib.

Qeyd edək ki, Burak Yılmaz 2025-ci ilin dekabrında "Qaziantep"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. "Şahinlər" Super Liqada 29 turdan sonra 34 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Seçilən
4
sportal.az

1Mənbələr