Hazırda əmlak bazarında köpük olduğu qənaətinə gələ bilmərik.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Məmmədov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda ipoteka kreditlərində gecikmələrə cüzi rast gəlinir:
"Evlərin qiymətinin artması ipoteka kreditlərinin ödəniş qabiliyyətini daha da yaxşılaşdırır. Baxsaq görərik ki, əhalinin sərəncamında qalan gəlirləri artıb, nominal gəlirlər artıb. Faktiki olaraq ev qiymətlərindəki artımı dəstəkləyən fundamental amillər mövcuddur.
Bu da, onu deməyə əsas verir ki, əmlak bazarında ciddi bir köpük olduğunu demək qənaətinə gələ bilmərik. Bizi maraqlandıran maliyyə sabitliyi kontekstidir və bu kontekstdə bizi narahat edən bir məsələ yoxdur".