AZ

Gəncə Dövlət Milli Dram Teatrında yeni premyera

Gəncə

Gəncə Dövlət Milli Dram Teatrında Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında hazırlanmış eyni adlı tamaşanın məşqlərinə başlanılıb.Ulusum.az xəbər verir ki, real həyat həqiqətləri üzərində qurulan səhnə əsəri 44 günlük Vətən müharibəsinin ədəbi-bədii bütövlüyünü əks etdirərək, qələbəmizə, şəhidlərimizin əziz xatirəsinə, müharibə veteranlarına və qazilərə ithaf olunub. Tamaşa teatra dəvət edilmiş gənc rejissor Fuad Cavadzadənin traktovkasında ictimaiyyətə təqdim ediləcək.Yeni yaradıcılıq işinin quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov, qrafik işi isə Sübhan İbrahimova məxsusdur.Səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Novruz Cəfərov və ümumilikdə teatrın 30-dan çox aktyor heyəti iştirak edəcək.Tamaşanın premyerası 17 may 2026-cı il tarixində ictimaiyyətə təqdim olunacaq.GəncəUlusum.az

Diqqət Çəkənlər

Təxirə salınmış həyat sindromu -TƏLƏ

İlham Əliyev yeni təyin olunmuş səfiri qəbul edib

Sabaha olan hava proqnozu

Seçilən
5
ulusum.az

1Mənbələr