AZ

Parlayan Ziya Gəncədə: Elm və Sənətin İşığında tədbiri keçirildi

Parlayan

Gəncə şəhərində “Parlayan Ziya Gəncədə: Elm və Sənətin İşığında” adlı maarifləndirici tədbir keçirilib. Ulusum.az xəbər verir ki, tədbir gənclərin elmi biliklərinin artırılması və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədi daşıyır.Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirak edib. O, çıxışında bildirib ki, müasir dövrdə gənclərin düzgün istiqamətləndirilməsi, onların milli kimliyə sadiq və vətənpərvər ruhda yetişməsi hər birimizin əsas vəzifələrindən biridir.Layihə çərçivəsində ölkənin 12 regionunda tədbirlərin keçirilməsi planlaşdırılır. İlk tədbirin qədim Gəncə şəhərində baş tutması isə layihənin simvolik əhəmiyyətini artırır.Tədbir zamanı müxtəlif təqdimatlar, çıxışlar və bədii proqram nümayiş olunub. Elm və sənətin sintezini əks etdirən proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.Layihənin əsas məqsədi uşaqların və gənclərin potensialının üzə çıxarılması, onların maarifləndirilməsi və cəmiyyətə faydalı fərdlər kimi formalaşmasına dəstək verməkdir.ParlayanUlusum.az

Diqqət Çəkənlər

Təxirə salınmış həyat sindromu -TƏLƏ

İlham Əliyev yeni təyin olunmuş səfiri qəbul edib

Sabaha olan hava proqnozu

Seçilən
11
ulusum.az

1Mənbələr