AZ

Elmi Cərrahiyyə Mərkəzi müasir avadanlıqlar, elmi tədqiqatlar və innovativ cərrahi yanaşmalarla ölkə səhiyyəsinin inkişafına mühüm töhfə verir

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi” publik hüquqi şəxsin ölkə səhiyyə sistemində rolu çox vacibdir, çünki o, qabaqcıl tədqiqatların, innovativ müalicə metodlarin tətbiqində və kadr hazırlığında mühüm rol oynayır. Elmi Cərrahiyyə Mərkəzi ölkə səhiyyə sistemində elmi araşdırmaların aparılmasına, məlumatların standartlaşdırılmasına və klinik qərarların dəstəklənməsinə böyuk töhfə verir. Bu, həm də səhiyyə siyasətinin formalaşmasında və keyfiyyətin artırılmasında mühüm rol oynayır.

Bunu akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Nazim Hacıyev “İki sahil”ə özəl açıqlamsında qeyd edib. 

Onun sözlərinə görə, Mərkəz angioqrafiya, endoskopiya, KT və şua diaqnostikası üçün müasir avadanlıqlarla təchiz olunub. Son dövrlərdə plastik və rekonstruktiv cərrahiyyə şöbəsi də yaradılıb. Mərkəzdə müasir avadanlıqlar hesabına mürəkkəb rekonstruktiv-bərpaedici və az invaziv əməliyyatlar keçirilir.

Baş həkim vurğulayıb ki, “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi” publik hüquqi şəxsin elmi tədqiqat işləri Azərbaycan Respublikası əhalisinin sağlamlığının və xəstəliklərinin regional xüsusiyyətləri, monitorinq, epidemiologiya, müalicə və profilaktika üsullarının təkmilləşdirilməsi məqsədilə 1 problem əsasında 4 mövzu üzrə aparılmışdır: Ürək-damar xəstəliklərinin cərrahi müalicəsi. Endokrin vəzləri xəstəliklərinin patogenezi, klinikası, müalicəsi və profilaktikası: Qarın boşluğu üzvlərinin cərrahi müalicəsi: Cərrahi xəstəliklər zamanı ağrısızlaşdırılma və intensiv terapiya üsullarının təkmilləşdirilməsi Bu mövzular ətrafında 12 iş üzrə aparılmış elmi-tədqiqat planı yerinə yetirilmişdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
7
ikisahil.az

1Mənbələr