AZ

Makron İran və ABŞ liderlərini Hörmüz boğazını blokadadan çıxarmağa çağırıb

Makron

Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran prezidentləri ilə danışıqlar aparıb və bu görüşlər zamanı Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinə maneə törətməkdən imtina etməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Hörmüz boğazının ən qısa müddətdə, heç bir ilkin şərt qoyulmadan, hər hansı nəzarət və rüsum tətbiq edilmədən yenidən açılması olduqca vacibdir", — deyib.

Makron əlavə edib ki, aprelin 17-də Fransa və Böyük Britaniya digər ölkələrin iştirakı ilə Hörmüz boğazından keçən gəmiləri müşayiət etmək üçün potensial "sırf müdafiə xarakterli missiyanı" müzakirə etmək məqsədilə videokonfrans keçirəcəklər. Lakin o qeyd edib ki, bu missiya yalnız "təhlükəsizlik vəziyyəti imkan verdikdə" mümkün olacaq.

Dövlət başçısı həmçinin ABŞ Prezidenti Donald Trampı və İran Prezidenti Məsud Pezeşkianı İslamabadda kəsilmiş danışıqları bərpa etməyə, "anlaşılmazlıqları aradan qaldırmağa və gərginliyin yeni mərhələlərindən qaçmağa" çağırıb. O, həmçinin iki ölkə arasında razılaşdırılmış atəşkəsə ciddi əməl olunması və bu atəşkəsin İsrailin "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyat keçirdiyi Livana da şamil edilməsi təklifi ilə çıxış edib.

Məryəm Quliyeva

Seçilən
4
xalqcebhesi.az

1Mənbələr