AZ

Yamaldan Messinin qucağındakı tarixi fotosuna gözlənilməz şərh FOTO

ain.az bildirir, Idman.biz portalına istinadən.

İspaniyanın “Barselona” futbol klubunun gənc ulduzu Lamin Yamal uşaqlıq dövründə Lionel Messi ilə çəkilmiş ikonik fotoşəkil barədə diqqətçəkən açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, Lamin Yamalın körpəlik dövründə Lionel Messinin qucağında yer aldığı kadr son illərdə futbol dünyasında tez-tez xatırlanır. “Barselona” akademiyasının rəmzi anlarından biri kimi göstərilən bu foto gənc ulduzun parlaması ilə yenidən aktuallaşıb.

Sözügedən kadrı dəyərləndirən Yamal fotoya hər baxdığında təəccübləndiyini ifadə edib. Gənc oyunçu o anın həm maraqlı, həm də mənalı olduğunu bildirib:

“Messi məni qollarında tutur, mən isə ona heç baxmıram deyə təəccübləndim”.

Hələ körpə olduğu üçün həmin anın fərqində olmadığını dilə gətirən Yamal illər sonra ortaya çıxan bu fotonun onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, “Nə etdiyimi bilmirəm” sözlərini əlavə edib.

Lionel Messi ilə eyni kadrda yer almağın onun üçün böyük qürur olduğunu qeyd edən Yamal argentinalı ulduz barədə tərif dolu ifadələr işlədib. O, Messini tarixin gəlmiş-keçmiş ən böyük futbolçusu adlandıraraq, bu xatirəni bir növ şans və ilham mənbəyi kimi gördüyünü deyib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
icma.az

1Mənbələr