AZ

Bakıda 15 ci mərtəbədə kondisioner PARTLADI: usta yıxılıb öldü YENİLƏNİB

ain.az bildirir, Lent az portalına istinadən.

Bakıda ustanın partlayış nəticəsində 15-ci mərtəbədən yıxılaraq öldüyü məlum olub.

Lent.az xəbər verir ki, hadisə usta 15-ci mərtəbədə yerləşən mənzilə kondisioner quraşdırarkən baş verib.

TƏBİB-dən Lent.az-a bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub".

***

15:38

Bakıda usta bədbəxt hadisənin qurbanı olub.

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu 20 Yanvar küçəsində qeydə alınıb.

34 yaşlı Ömər Məhərrəmli buradakı binalardan birinin 15-ci mərtəbəsindən yıxılaraq ölüb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
lent.az

1Mənbələr