AZ

Zelenskini qəzəbləndirən sual: Biz bunu istəmirik!

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Ukrayna Avropa İttifaqında (Aİ) natamam üzvlükdə maraqlı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Avropa Pravda” qəzetinin sualını cavablandırarkən deyib.

Onun fikrincə, Avropanın Ukraynaya güclü və tamhüquqlu tərəfdaş kimi ehtiyacı var.

“Avropada hamı bizim mövqeyimizi bilir. NATO-ya ehtiyacımız olmadığı kimi, bizə də “yüngül” Aİ lazım deyil. Hesab edirəm ki, həm Avropaya, həm də NATO ölkələrinə Ukrayna tam güclü tərəfdaş kimi lazımdır. Belə olan halda hansı müdafiədən söhbət gedə bilər?” — deyə Zelenski bildirib.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula von der Leyen, Ukraynanın 2027-ci ildə Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.

O bildirib ki, Aİ Ukraynanın birliyə üzvlüyü üçün konkret tarix göstərə bilməz. Bununla yanaşı, fon der Leyen əlavə edib ki, Kiyev düzgün yoldadır və ölkəni modernləşdirmək üçün zəruri islahatları həyata keçirir.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr