AZ

Qətər: Dəniz dəhlizlərinin açılması və naviqasiya azadlığı sövdələşmə mövzusu olmamalıdır

Qətər: Dəniz dəhlizlərinin açılması və naviqasiya azadlığı sövdələşmə mövzusu olmamalıdır

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani dəniz dəhlizlərinin açılması və naviqasiya azadlığının təmin edilməsinin təzyiq yaxud sövdələşmə vasitəsi kimi istifadə edilməməli olduğunu bildirib.

AFN.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Al Sani İordaniyanın Xarici İşlər naziri Eyman əs-Səfədi və Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərhan ilə telefon danışıqları aparıb.

Səfədi ilə keçirilən görüşdə ABŞ və İran arasındakı atəşkəs prosesi başda olmaqla bölgədəki son vəziyyət müzakirə edilib və atəşkəsin təhlükəsizliyi gücləndirəcək şəkildə qalıcı hala gətirilməsinin vacibliyi vurğulanıb. Bütün tərəflərin vasitəçilik səylərinə müsbət cavab verməli olduğunu qeyd edən Al Sani bunun böhranın dinc yolla həllinə və gərginliyin yenidən artmasının qarşısını almağa kömək edəcəyini bildirib.

Dəniz dəhlizlərinin açılmasının əhəmiyyətinə toxunan Al Sani bu məsələnin qlobal enerji və qida təchizatı üzərindəki mənfi təsirlərinə, həmçinin beynəlxalq təhlükəsizliyə olan təhdidlərinə diqqət çəkib. Səudiyyə Ərəbistanı rəsmisi ilə aparılan danışıqlarda isə atəşkəs rejiminə riayət edilməsinin və koordinasiyanın gücləndirilməsinin zəruriliyi qeyd olunub.

Xatırladaq ki, ABŞ-İsrail cütlüyünün 28 fevralda İrana hücumları ilə başlayan müharibədə 8 apreldə əldə olunmuş müvəqqəti atəşkəsdən sonra tərəflər 11 apreldə Pakistanda qalıcı sülh üçün bir araya gəlsələr də, 21 saatlıq müzakirələrdən nəticə hasil olmamışdı. İran rəsmiləri razılığın əldə olunmamasına səbəb kimi ABŞ-ın həddindən artıq tələblərini göstərmişdilər.

Seçilən
22
afn.az

1Mənbələr