AZ

Səkisi olmayan küçə...

Bakıda nə qədər desən , səkisi olmayan küçələr var. Lazım gəlsə, həmin küçələrin adlarını bir- bir yaza da bilərəm. Ancaq yazsam, uzun bir siyahı yaranar. Ona görə də keçək əsas məsələyə.

Yəni  səki olmayan küçələrdə nə baş verə bilər? İlk növbədə bir küçənin səkisi yoxdursa,  hər hansı piyada məcbur olun . avtomobil yoluna çıxır və onun hərəkət hissəsi ilə  gedir. Bu isə çox təhlükəlidir. Çünki arxadan və qarşıdan gələn avtomobil  onu hər an  vura bilər. Hava qarlı və yağışlı olanda  avtomobil yolu ilə hərəkət etmək bir qədər də təhlükəli olur.

Və dəfələrlə belə havada   piyadaların vurulması halları baş verib.Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin " Fatimeyi-zəhra" məscidindən sonra  , düz Suraxanı Tibbi Mərkəzinə qədər gedən avtomobil yolunda səki yoxdur! Aprelin 14- də saat 14:30- da  biz həmin yolla hərəkət edəndə səki olmadığına görə məcbur olub, yolun hərəkət hissəsi ilə gedirdik. Maşının təkərlərdən sıçrayan su üstümüzə düşürdü. Burda.sürüçülərin heç bir  günahı yox idi.

Heç bizim də günahımız bir o qədər  deyildi. Ancaq sürücülər piyadaların yolla getməsi üçün təhlükəsizlik qaydalarına əməl edirdilər. Bilirdilər ki, səki yoxdur. Burada  bir qurumun günahı var- Avtomobil Yolları Dövlət Agentliyinin! Onlar zəhmət çəkib, yol inşa edərkən səki tikməliydilər, amma tikməyiblər! Ona görə də, məlum  qurum tez bir vaxtda göstərdiyimiz ünvanda səki tikməli, hərəkətin təhlükəsizliyini təmin etməlidir. Yoxsa , bu yolda hər an avtomobillər piyadaları  vura bilər!!!

Emil FAİQOĞLU

Seçilən
15
1
adalet.az

2Mənbələr