Qətər Xarici İşlər Nazirliyi Dohanın hədəflərinə hücumları azaltmaq üçün İrana ödəniş etməsi ilə bağlı ittihamları rədd edib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Məcid əl-Ənsari açıqlama verib. O, Qətərə hücumların bütün hərbi münaqişə boyunca davam etdiyini və yalnız atəşkəsin başlaması ilə dayandırıldığını vurğulayıb.
Diplomat bildirib ki, Qətərə hücumların dayandırılması üçün İranla heç bir razılaşma olmayıb və bu mövzu ilə bağlı bütün fərziyyələr doğru deyil.
QAZİLER.AZ