AZ

Dünya müharibəsi tarixində bir ilk! Zelenski bunu elan etdi

Ukrayna Prezidenti Vladimir Zelenski müharibədə tamamilə pilotsuz sistemlər tərəfindən həyata keçirilən ilk əməliyyatın uğurla başa çatdığını elan etdi.

Turkustan.az xəbər verir ki, Zelenski bildirib ki, düşmən mövqeyi yalnız robot sistemləri və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə ələ keçirilib və əməliyyatda piyadalar iştirak etməyib.

Zelenskinin açıqlamasına görə, əməliyyat zamanı robot insan əsgərlərinin girməkdə çətinlik çəkdiyi ən təhlükəli əraziyə doğru irəliləyərək mövqeyi ələ keçirib. Bu, insan elementinin tamamilə aradan qaldırıldığı döyüş meydanının ilk nümunələrindən biri hesab olunur.

Ekspertlərin fikrincə, Ukrayna-Rusiya müharibəsi son zamanlar pilotsuz sistemlərin intensiv istifadəsi ilə hərbi doktrinaları kökündən dəyişdirir. Əvvəllər Ukraynanın genişmiqyaslı pilotsuz təyyarə hücumları və uzaqmənzilli əməliyyatları müharibənin gedişatına təsir edən vacib addımlar kimi diqqət çəkirdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
24
1
turkustan.az

2Mənbələr