AZ

Vaşinqtonun hərəkətləri Londonu iqtisadi tənəzzülə sürükləyir



ABŞ-ın İrana qarşı hərbi əməliyyatı Britaniya iqtisadiyyatına mənfi təsir göstərir və Birləşmiş Krallıqda həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz deyib.

"Bu, bizim başlatmadığımız və istəmədiyimiz bir müharibədir. ABŞ-ın bu müharibəyə aydın bir çıxış planı və nəyə nail olmağa çalışdıqları barədə aydın bir təsəvvür olmadan girməsindən çox üzüldüm. Nəticədə, Hörmüz boğazı artıq bağlıdır", - deyə o bildirib.

Rivz vurğulayıb ki, Böyük Britaniya Hörmüz boğazının blokadaya alınmasının düzgün yanaşma olduğunu düşünmür. Nazir əlavə edib ki, Britaniya iqtisadiyyatı ötən il Avropa G7 ölkələri arasında ən yüksək artım tempi göstərib, lakin indi İrandakı müharibə səbəbindən azala bilər.

Mehman
Seçilən
14
1
newscenter.az

2Mənbələr