Aktual.az xəbər verir ki, məlumatlara görə, xüsusilə 2019-2020-ci illərdə təqdim edilən bəzi cihazlar yeni yeniləməni almayacaq. Bu isə həmin modellər üçün proqram təminatı dəstəyinin sonu deməkdir.
iOS 27 yeniləməsini almayacaq modellər:
iPhone SE (2nd generation)
iPhone 11
iPhone 11 Pro
iPhone 11 Pro Max
Bu modellər uzun illər ərzində stabil yeniləmələr alsa da, artıq texniki imkanlar yeni nəsil xüsusiyyətlər üçün kifayət etmir. Xüsusilə A13 Bionic prosessorunun güc limitinə çatması, RAM məhdudiyyətləri və süni intellekt əsaslı yeni funksiyaların artması bu qərarın əsas səbəbləri kimi göstərilir.
Qeyd edək ki, Apple daha əvvəl də iPhone XR və iPhone XS modelləri üçün yeniləmə dəstəyini dayandırmışdı./milliaz