AZ

Sloveniya NATO-dan çıxır?

Avropa İttifaqı (Aİ) və NATO üzvü Sloveniyada 22 martda keçirilən ümumi seçkilərdən sonra məclis sədri seçilən mərkəz sağçı Resni.ca Partiyasının sədri Stevanoviç milli mətbuata açıqlamalar verib.

"Cebheinfo.az" xəbər verir ki, Stevanoviç partiya olaraq başqalarının hərbi və diplomatik münaqişələrinə müdaxilə edilməsinə qarşı çıxdıqlarını bildirib: 

"Sloveniya bundan əsla fayda görməz. Xalqa NATO-dan çıxmaqla bağlı referendum keçirmə sözü vermişdik. Partiya olaraq bunu dəstəkləyirik".

Sloveniyadakı ümumi seçkilərdən qələbə ilə ayrılan Azadlıq Hərəkatının lideri Robert Qolobun hökuməti qurmaq üçün danışıqları davam edərkən, Stevanoviç partiyasının baxışları ilə uyğun gələn baş nazir namizədini dəstəkləyəcəklərini qeyd edib.

İsrail kəşfiyyat şirkəti ilə əməkdaşlıq etdiyi iddia edilən və seçkilərdə ikinci olan Sloveniya Demokrat Partiyasının (SDS) lideri Yanez Yanşa ilə "əsla əməkdaşlıq etməyəcəyi" barədə verdiyi açıqlamanın xatırladılması üzərinə Stevanoviç deyib: 

"Bu açıqlama parlamentə seçildiyimiz anda mənasını itirdi".

Aİ-dən çıxmaq məsələsinə gəlincə, Stevanoviç ölkəsinin quurumdan fayda gördüyünü, lakin qərar qəbul etmə səlahiyyətinin Brüsseldə deyil, öz paytaxtlarında olması lazım olduğunu deyib.

Stevanoviç yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırdığını da bildirərək Rusiya tərəfdarı olmadığını, Sloveniyanın hər bir ölkə ilə yaxşı münasibətlər qurmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, Sloveniyada 22 martda keçirilən ümumi seçkilərdə Qolobun Azadlıq Hərəkatı 28,62 faizlə seçkiləri qazanarkən, keçmiş baş nazir Yanşanın liderliyindəki SDS isə səslərin 27,95 faizini almışdı.

Seçilən
15
cebheinfo.az

1Mənbələr