AZ

ADY dən valideynlərə çağırış: Daş atmaq oyun deyil

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dəmir Yolları QSC (ADY) qatarlara qarşı təhlükəli vandallıq halları ilə bağlı xəbərdarlıq edib.Demokrat.az-ın məlumatına görə, bildirilib ki, 2026-cı ilin birinci rübündə ADY-nin sərnişin və yük qatarlarına hərəkətdə olarkən ümumilikdə 18 dəfə daş atılması faktı qeydə alınıb.Qurumun məlumatına görə, bu cür hallar ciddi təhlükələr yaradır. Belə ki, daş atılması nəticəsində sərnişinlərin və qatar heyətinin həyatı risk altına düşür, qatar vaqonlarına ziyan dəyir. Eyni zamanda, maşinistlər qatarı təcili dayandırmaq məcburiyyətində qalır ki, bu da hərəkət cədvəlində gecikmələrə səbəb olur.ADY qeyd edib ki, bu cür qanunsuz hərəkətləri törədən şəxslər müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunurlar.Qurum xüsusilə vurğulayıb ki, qatarlara daş atanların əksəriyyəti azyaşlılardır. Bu səbəbdən valideynlərə müraciət edilərək uşaqlarla bu mövzuda mütəmadi maarifləndirici söhbətlər aparılması xahiş olunub.Sonda bir daha xatırladılıb ki, dövlət əmlakı sayılan qatarlara daş atmaq cinayət əməli hesab olunur."Daş atmaq oyun, qatar oyuncaq deyil!", deyə ADY-dən bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
demokrat.az

1Mənbələr