AZ

Hörmüz boğazındakı vəziyyətlə bağlı danışıqlar keçiriləcək



Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer aprelin 17-də videokonfrans vasitəsilə Hörmüz boğazında naviqasiya təhlükəsizliyi ilə bağlı bir neçə ölkə ilə danışıqlar aparacaq.

Newscenter.az xəbər verir ki, bu barədə Agence France-Presse Yelisey Sarayına istinadən məlumat yayıb.

Məlumata görə, görüş iştirakçılarının siyahısı hələ dəqiqləşdirilməyib. Tərəflər əsas şərtin hərbi əməliyyatlarda iştirak etməmək və ölkələrin bu təşəbbüs çərçivəsində səylərinin yalnız müdafiə xarakteri daşıması olacağını vurğulamaq niyyətindədirlər.

Hörmüz boğazında naviqasiya təhlükəsizliyi ilə bağlı əvvəlki konfrans 2 apreldə Britaniya Xarici İşlər və Birlik Nazirliyi tərəfindən xarici işlər nazirləri səviyyəsində təşkil olunmuşdu. Konfransda Avropa, Asiya, Yaxın Şərq və Latın Amerikasından 40-dan çox ölkənin nümayəndələri, eləcə də Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominguez və Aİ rəsmiləri iştirak etmişdilər. Daha sonra London eyni mövzuda 30-dan çox ölkənin hərbi planlaşdırıcılarının virtual görüşünə ev sahibliyi etdi.

Anar
Seçilən
13
newscenter.az

1Mənbələr