Tramp tənqidlərdən sonra bu fotonu SİLDİ
Ajans.az The Guardian-a istinadən xəbər verir ki, söhbət aprelin 12-də paylaşılmış postdan gedir. Şəkildə Tramp xəstəxana çarpayısında uzanan şəxsin yanında, tibb işçiləri və hərbçi ilə əhatə olunmuş vəziyyətdə dayanır. Onun xəstəyə toxunduğu an əllərindən işıq saçdığı təsvir olunur. Paylaşım həm tənqidçilər, həm də prezidentin bəzi tərəfdarları tərəfindən mənfi qarşılanıb. Bir sıra mühafizəkar şərhçilər postu yersiz və təhqiramiz adlandırıb, digərləri isə bunu “küfr” kimi qiymətləndiriblər. Tramp daha sonra şəkli paylaşdığını təsdiqləyib, lakin bunun dini məna daşımadığını bildirib. Onun sözlərinə görə, görüntüdə özünü daha çox həkim və ya Qırmızı Xaç əməkdaşı kimi təsəvvür edib. O, həmçinin tənqidçilərin paylaşımın məzmununu təhrif etdiyini iddia edib. 