AZ

İtaliya İsrail ilə bu anlaşmanı dayandırdı Meloni özü açıqladı

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliya İsrail ilə müdafiə müqavilələrinin avtomatik yenilənməsini dayandırıb.

Bu barədə Veronada keçirilən Vinitali sərgisində çıxış edən Baş nazir Ciorcia Meloni məlumat verib.

O, İsrailin hazırkı aqressiv mövqeyini əsas gətirərək, İsrail ilə müdafiə müqavilələrinin avtomatik yenilənməsini dayandırdıqlarını açıqlayıb.

2016-cı ildə qüvvəyə minən və hər 5 ildən bir avtomatik olaraq yenilənən müqavilə, Romanın bu addımı ilə faktiki olaraq dondurulub.

Meloninin açıqlamasının ikinci hədəfi ABŞ Prezidenti Donald Tramp olub. Trampın Papa XIV Leo ilə bağlı dediklərinə cavab olaraq İtaliya Baş naziri bildirib: "Xüsusilə Papa ilə bağlı ifadələr qəbuledilməz idi. Mən Papa XIV Leo ilə həmrəyliyimi ifadə etdim və ifadə etməyə davam edirəm".

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
23
azpolitika.info

10Mənbələr