AZ

“ABŞ ilə müvəqqəti atəşkəsin müddəti uzadıla bilməz” İranlı millət vəkili

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi ABŞ ilə mövcud müvəqqəti atəşkəs barədə sərt açıqlama verib.

O, “X” hesabındakı paylaşımında bildirib ki, atəşkəsin müddətinin bitməsi onun avtomatik şəkildə uzadılmasına səbəb olmamalıdır.“(ABŞ ilə) atəşkəsin bitməsi onun müddətinin uzadılmasına səbəb olmamalıdır. Onlar ya İranın hüquqlarını, o cümlədən Hörmüz boğazı üzərində nəzarətimizi tanımalı, ya da müharibəyə qayıtmalıdırlar”, – deyə Rzayi qeyd edib.Deputat əlavə edib ki, Tehran Vaşinqtonun mövcud fasilədən yeni hərbi addımlar üçün istifadə etməsinə və ya yenidən silahlanmasına imkan verməyəcək.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
azpolitika.info

1Mənbələr