AZ

Samuxda enerji təchizatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər aparılır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Samux, 14 aprel, AZƏRTAC

Samuxda elektrik şəbəkəsi yenilənir, yenidənqurma və təmir işləri həyata keçirilir.

Samux Elektrik Şəbəkəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu ilin ötən dövründə Samux şəhərində aparılan kompleks abadlıq işləri ilə əlaqədar olaraq, 1200 metr olan 10 kV-luq hava elektrik verilişi xətti daha müasir və təhlükəsiz yeraltı kabel xətti ilə əvəzlənib. Rayonun Qarayeri qəsəbəsinin küçələrində və yeni salınmış yaşayış massivində enerji təchizatının yaxşılaşdırılması məqsədilə 97 ədəd 0.4 kV-luq metal dayaq quraşdırılıb, 3700 metr uzunluğunda özünüdaşıyan izolyasiyalı kabel xətti çəkilib. Alıuşağı kəndində 0.4 kV-luq şəbəkədə 430 ədəd kompozit dayaq, 120 ədəd abonent dayağı və 540 ədəd sayğac qutusu quraşdırılıb, ümumilikdə, 11 min metr müxtəlif markalı özünüdaşıyan izolyasiyalı kabel xətti çəkilib. Lək kəndində yerləşən yeni yaşayış massivində də 0.4 kV-luq şəbəkənin yenidən qurulması məqsədlə 25 ədəd 0.4 kV-luq metal dayaq quraşdırılıb, 700 metr məsafədə kabel xətti çəkilərək sakinlərin istifadəsinə verilib.

Həmçinin 25 transformator məntəqəsində əsaslı təmir işləri aparılıb, şəbəkənin yüklənməsinin qarşısını almaq üçün 1 ədəd yeni güc mərkəzi yaradılaraq 100 kVA gücündə Komplekt Transformator Məntəqəsi quraşdırılıb.

Həyata keçirilən tədbirlər rayon ərazisində elektrik enerjisinin verilişinin daha dayanıqlı, keyfiyyətli və təhlükəsiz vəziyyətə gətirilməsini nəzərdə tutur.

Müxbir – Vüsalə Cənnətova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
azertag.az

1Mənbələr