AZ

Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? – AMB-dən açıqlama

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) taksilərin icbari sığortaxərclərinin artırılmasının səbəbini açıqlayıb.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoruVüsal Qurbanov bu gün "Maliyyə sabitliyi hesabatı"nın təqdimatınadair mətbuat konfransında deyib.

O bildirib ki, taksilərin icbari sığortası üzrə əmsalın 50%artırılması bu nəqliyyat vasitələrinin zərərliliyinin yüksək olmasıilə bağlıdır.

“Digər seqmentlərdən fərqli olaraq taksi kimi fəaliyyət göstərənnəqliyyat vasitələrinin qət etdiyi məsafə yüksəkdir. Yəni qəzaetmək sıxılığı yüksəkdir. Bununla belə, əmsalların artırılmasızərərliliyi müəyyən qədər kompensasiya edir, tam qarşılamır” -Vüsal Qurbanov əlavə edib.

Qeyd edək ki, 2025-ci il üzrə icbari avtosığorta üzrə zərərlilik74%-dən 85%-ə yüksəlib.

Məqalədə:
Seçilən
14
13
az.trend.az

10Mənbələr