AZ

Yaxın Şərqdəki proseslər inflyasiyaya necə təsir edir? – AMB rəsmisi açıqladı

Yaxın
“Yaxın Şərqdə baş verən proseslərin Azərbaycan iqtisadiyyatına təsiri əsasən inflyasiya kanalları üzərindən qiymətləndirilir”. 1news.az xəbər verir ki, bunu AMB-nin Baş direktoru Şahin Mahmudzadə bildirib.
Onun sözlərinə görə, neft qiymətlərinin artması Azərbaycanın ixrac gəlirlərinin və valyuta ehtiyatlarının yüksəlməsi, həmçinin ticarət balansının möhkəmlənməsi baxımından müsbət amil kimi çıxış edib. Eyni zamanda, o qeyd edib ki, neftin bahalaşması Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiyanın artmasına səbəb olur ki, bu da ölkəyə idxal inflyasiyası kimi təsir göstərir. Mahmudzadə bildirib ki, tərəfdaş ölkələrin əksəriyyətinin neft idxalçısı olması və onların valyutalarının ucuzlaşması bu təsirlərin yekun nəticəsini indiki mərhələdə dəqiq qiymətləndirməyə imkan vermir. AMB rəsmisi əlavə edib ki, proseslər daim nəzarətdə saxlanılır və zərurət yaranarsa, inflyasiya proqnozlarına yenidən baxılacaq. Onun sözlərinə görə, yenilənmiş inflyasiya proqnozları və faiz dərəcəsi ilə bağlı qərar may ayının əvvəlində ictimaiyyətə açıqlanacaq. Şahin Mahmudzadə vurğulayıb ki, digər iqtisadi amillər baxımından Azərbaycanın cənub qonşusu ilə ticarət dövriyyəsi və maliyyə inteqrasiyası məhduddur. Bu səbəbdən hazırkı mərhələdə həmin istiqamətdən bank və maliyyə sektoruna ciddi risk gözlənilmir.

O bildirib ki, buna baxmayaraq, regional proseslər diqqətlə izlənilir və hər hansı dəyişiklik olacağı təqdirdə yeni qiymətləndirmələr növbəti açıqlamalarda təqdim ediləcək.

Seçilən
12
1
1news.az

2Mənbələr