AZ

"Qadınların toyda oynaması normallaşdırılmamalıdır” - VİDEO

"Qadınların toyda oynaması normallaşdırılmamalıdır” deyən qadının çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki,  tiktok səhifəsində video paylaşan qadın buna səbəb kimi kişilərin pis niyyətli olmasını göstərib.

“Məncə, qadınların toyda rəqs etməsi normallaşdırılmamalıdır. Xüsusən də öz həmcinsləri tərəfindən israrla səhnəyə dəvət edilməsi mənə elə gəlir ki, sağlam bir davranış deyil. Təsəvvür edin ki, o qədər millət oturub və xüsusən də kişilər var. Ortalama Azərbaycan qadınının da bədən quruluşunu nəzərə alsaq, bu qədər həvəslə o səhnədə oynamağınız mənə sağlam görünmür. Çünki bu, kişilər üçün pulsuz bir şöləndir. Toylarda oturan kişilər hər nə qədər sizin uzaq qohumunuz olsa da, olmasa da, heç də hər kəsin gözəl niyyətlə orada oturduğunu, beynindən gözəl fikirlər keçirdiyini düşünmürəm.

“Eimizin adətidir” deyib qadınların səhnədə əzalarını bu qədər həvəslə aşağı yuxarı hərəkət etdirməsi mənə sağlam görünmür”. 

Əsasən tibbi maarifləndirmə xarakterli paylaşımlar edən səhifədə paylaşılan video 160 minə yaxın baxış toplayıb.

Videoya fikir bildirən sosial şəbəkə istifadəçiləri arasında qadının fikirlərinə qarşı çıxan olsa da, onunla razılaşanların sayı çoxluq təşkil edib.

Həmin görüntüləri təqdim edirik:

Billurə

Seçilən
6
1
olke.az

2Mənbələr