AZ

Tip1 diabetdə gözlənilməz dəyişiklik:Həkimləri təəccübləndirən nəticə


Gənc qadında aşağı səviyyədən yüksələn C-peptid göstəricisi müzakirə mövzusu oldu

Tip 1 şəkərli diabet illərdir “tam sağalmayan” xəstəlik kimi qəbul edilir. Bu diaqnozu alan xəstələrin əksəriyyətinə ömürlük insulin müalicəsi və xəstəliyin tədricən ağırlaşacağı bildirilir.

Medicina.az xəbər verie ki, lakin son illərdə bəzi klinik müşahidələr bu yanaşmanın bütün halları tam izah etmədiyini göstərir.

Azərbaycanda 22 yaşlı bir qadında qeydə alınan nəticə də məhz bu müzakirələrə yeni baxış qazandırıb.

Pasiyentə rayon xəstəxanalarından birində tip 1 diabet diaqnozu qoyulub. İlkin analizlərdə C-peptid səviyyəsi 0.26 ng/ml olub ki, bu da pankreasın insulin istehsalının ciddi şəkildə azaldığını göstərir.
Həkimlərin ilkin proqnozu xəstəliyin proqressiv inkişaf edəcəyi və zamanla insulinə ehtiyacın daha da artacağı istiqamətində olub.

Lakin daha geniş müayinələr zamanı pasiyentdə diqqətçəkən bir neçə faktor aşkarlanıb.
Araşdırmalar nəticəsində:
• xroniki infeksiya ehtimalı
• təkrarlayan irinli proseslər
• ağız boşluğunda qeyri-standart və zədələnmiş metal implant müəyyən edilib.

Mütəxəssislər tərəfindən kompleks yanaşma seçilib. Bu çərçivədə infeksiya mənbəyinin aradan qaldırılması, orqanizmin ümumi vəziyyətinin yaxşılaşdırılması və immun balansın tənzimlənməsi istiqamətində müalicə aparılıb.
Müşahidələr zamanı qeydə alınan ən diqqətçəkən dəyişiklik isə laborator göstəricilərdə olub.
Belə ki, müəyyən müddətdən sonra C-peptid səviyyəsi artaraq 1.12 ng/ml-ə qədər yüksəlib. Daha sonra isə göstərici təxminən 0.6 səviyyəsində sabit qalmağa davam edib.



Əldə olunan nəticənin 3 il ərzində sıfra düşməməsi həkimlər tərəfindən xüsusi diqqətlə izlənilib.
Mütəxəssislər bildirir ki, bu hal tip 1 diabetin tam müalicəsi demək olmasa da, bəzi xəstələrdə orqanizmin funksional ehtiyatlarının qoruna və müəyyən dərəcədə aktivləşə biləcəyini göstərir.
Onların sözlərinə görə, bu cür nəticələr bütün pasiyentlərdə gözlənilməsə də, xəstəliyə fərdi yanaşmanın vacibliyini bir daha önə çıxarır.
Qeyd edilir ki, bu istiqamətdə əlavə klinik və elmi araşdırmaların aparılması zəruridir.

Sonda vurğulanır ki, bu tip yanaşmalar Azərbaycanda inteqrativ tibbi yanaşma tətbiq olunan mərkəzdə istifadə olunur və mövzu hazırda mütəxəssislər arasında geniş müzakirə olunur.


Seçilən
15
1
medicina.az

2Mənbələr